DÜNYA


BMT: Ukraynada fevral ayından bəri 17 mindən çox mülki şəxs həlak olub

BMT: Ukraynada fevral ayından bəri 17 mindən çox mülki şəxs həlak olub

Bakı, 6 dekabr, AZƏRTAC

2022-ci ilin fevral ayında Ukraynada həlak olan mülki şəxslərin sayı 17 mini ötüb, onlardan 400-dən çoxu uşaqdır.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Təhlükəsizlik Şurasının iclasında bildirib. O deyib ki, BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı idarəsinin məlumatına görə, fevralın 24-dən dekabrın 1-dək Ukraynada 17 min 23 mülki şəxs, o cümlədən 419 uşaq həlak olub. Lakin əsl rəqəm daha yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatı tibb infrastrukturuna 715 hücum, o cümlədən tibb müəssisələrinə 630 və tibb işçilərinə 61 hücum qeydə alıb. Bu, cari ildə dünya üzrə tibb müəssisələrinə hücumun 70 faizini təşkil edir. Dünyada ümumilikdə 1148 uşaq öldürülüb və ya yaralanıb, milyonlarla uşaq qaçmağa məcbur olub, ailəsindən ayrılıb və ya zorakılıq riski ilə qarşılaşıb.

Qeyd olunub ki, Ukraynada 14 milyona yaxın insan evlərini tərk etməyə məcbur olub, onlardan 6,5 milyonu ölkə daxilindədir, 7,8 milyondan çoxu Avropadadır. Havaların soyuması mülki əhali üçün xüsusi təhlükə yaradır. Humanitar işçilər 630 min insanın qışdan çıxması üçün yardım göstəriblər, o cümlədən kritik infrastruktur obyektləri üçün 400 generator verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.