DÜNYA
Ukrayna əsirlikdən 60 hərbçisini qaytarıb
Kiyev, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Ukrayna və Rusiya arasında əsirlərin növbəti mübadiləsi keçirilib. Altmış ukraynalı hərbçi evlərinə qaytarılıb.
AZƏRTAC bu barədə Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermakın teleqram kanalına istinadla xəbər verir.
“Növbəti dəfə əsirlərin mübadiləsi aparıldı. Ukrayna Silahlı Qüvvələri Günündə 60 döyüşçü – 58 kişi və 2 qadın, o cümlədən 15 zabit, 45 sıravi əsgər və serjant öz evinə qayıdır. Bu, bayram günündə ən yaxşı xəbərdir. Çünki qəhrəmanlar sağ qalmalıdırlar. Artıq onları evdə bu xoşbəxtlik anını uzun müddət təsəvvür edən doğmaları gözləyir”, - deyə A.Yermak yazıb.
Yermakın sözlərinə görə, Ukrayna Mariupolun müdafiəçilərini qaytarmaqda davam edir. Bugünkü “60 nəfərlik” siyahıda onlar 34 nəfər, o cümlədən 14 nəfər “Azovstal”dandır.
“Yaralılar var, onlar Ukraynada bütün zəruri yardımı alırlar. Rusiya ərazisində saxlanılanlar da, Yelenovkada olanlar da var”, - deyə o əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]