CƏMİYYƏT


Türkiyənin Batman Universitetində “Azərbaycan otağı”nın açılışı olub

Türkiyənin Batman Universitetində “Azərbaycan otağı”nın açılışı olub

Ankara, 6 dekabr, AZƏRTAC

Türkiyənin Batman Universitetində “Azərbaycan otağı”nın açılışı olub.

Azərbaycanın Türkiyədəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan otağı”nda ölkəmizi tərənnüm edən kitablar, lövhələr və suvenirlər yer alıb.

Batman Universitetində keçirilən görüşdə rektor İdris Dəmir Azərbaycan universitetləri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Universitetdə, həmçinin “Azərbaycan-Türkiyə münasibətləri və Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib. Konfransda ikitərəfli münasibətlərin inkişaf mərhələlərindən, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə mürəkkəb zaman kəsiyində hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin bu münasibətlərin hərtərəfli inkişafına verdiyi töhfələrdən danışılıb. Həmçinin hazırkı dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin iki ölkənin liderlərinin birgə səyləri ilə tarixinin ən yüksək inkişaf səviyyəsində olduğu vurğulanıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.