DÜNYA


Meksikanın paytaxtında turist avtobusu qəzaya uğrayıb: ölən və yaralananlar var

Meksikanın paytaxtında turist avtobusu qəzaya uğrayıb: ölən və yaralananlar var

Bakı, 7 dekabr, AZƏRTAC

Meksikanın paytaxtı Mexikonun cənubunda turist avtobusu dairəvi yolda ikinci səviyyəli dirəyə çırpılıb. Bu barədə şəhər fövqəladə hallar idarəsi məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 55 nəfər yaralanıb. Yaralılardan 42-si xəstəxanaya aparılıb. Avtobusda kanal boyunca gəzmək üçün Soçimilkoya gedən meksikalı təqaüdçülər olub.

Şəhər prokurorluğu qəzanın səbəblərini araşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.