CƏMİYYƏT


23 mart - Ümumdünya Meteorologiya Günüdür

Bakı, 23 mart, AZƏRTAC

23 Mart - Ümumdünya Meteorologiya Günüdür. Bu tarix Dünya Meteorologiya Təşkilatına üzv olan 191 meteoroloji qurum tərəfindən qeyd edilir.

AZƏRTAC Dünya Meteorologiya Təşkilatının rəsmi saytına istinadla xəbər verir ki, həmin gün 1961-ci ildən etibarən təqvimə salınıb. Hər il martın 23-də aktiv mövzular ətrafında konfranslar, aksiyalar, maarifləndirmə tədbirləri keçirilir. Bu günü qeyd etməkdə məqsəd əhalinin sağlamlığını təminində meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqəti cəlb etmək, bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri olan iqlim dəyişikliklərinə, onların səbəb və nəticələrinə, o cümlədən qarşısının alınmasına fikri yönəltməkdir. Hər il bu gündə insanlara 38 meteoroloji xidmətin mənasını başa salan təzə şüar seçilir. Bu ilin devizi “Hava şəraitinə hazırlaşırıq, iqlimi öyrənirik”dir.

Dünya Meteorologiya Təşkilatı 1950-ci il martın 23-də atmosfer hadisələri, okeanların atmosferlə əlaqəsi, iqlim və su resurslarının yer üzərində paylanma nəticəsini öyrənmək üçün ixtisaslaşmış orqan kimi yaradılıb. Təşkilatın mərkəzi İsveçrənin Cenevrə şəhərində yerləşir.

Hidrometeoroloji Proqnozlar Bürosu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin operativ bölməsidir. Büroda respublikanın 7 bölgəsi və Bakı şəhəri üçün verilən qısamüddətli (sutkalıq) və ortamüddətli (48, 72 saat), aylıq proqnozlar, Xəzər dənizinin 6 akvatoriyası üzrə tərtib olunan qısamüddətli (yarımsutkalıq, sutkalıq) və ortamüddətli dəniz hidrometeoroloji proqnozlar tərtib edilir. Hava şəraitində kəskin dəyişiklik, Xəzər dənizində təhlükəli və ifrat təhlükəli hidrometeoroloji hadisələr gözlənilirsə əvvəlcədən hazırlanıb müvafiq orqan və təşkilatlara vaxtlı-vaxtında məlumat çatdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.