ELM VƏ TƏHSİL


AzMİU Avropa universitetləri ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 7 dekabr, AZƏRTAC

Almaniyanın Brandenburq Texnologiya Universitetinin Metalkəsən dəzgahlar kafedrasının müdiri professor Silviya Simon Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Prorektor Nərgiz Abdullayeva qonağa AzMİU-nun fakültə və ixtisasları, tələbə kontingenti, elmi tədqiqatları və beynəlxalq əlaqələri ilə bağlı geniş məlumat verib. Universitetin genişlənən beynəlxalq əlaqələrinə diqqət çəkən prorektor qeyd edib ki, AzMİU Avropa universitetləri ilə əməkdaşlıqda maraqlıdır.

Əməkdaşlığın hər iki ali təhsil müəssisəsinə müsbət təsir edəcəyinə inandığını deyən Silviya Simon Brandenburq Universiteti ilə AzMİU arasında bir sıra potensial əməkdaşlıq imkanları mövcud olduğunu qeyd edib.

Görüşdə AzMİU və Brandenburq Universiteti arasında əməkdaşlığın detalları, o cümlədən inşaat və memarlıq fakültələrinin ixtisasları, eləcə də mexanika mühəndisliyi ixtisası üzrə əməkdaşlıq, birgə yay məktəblərinin təşkili, tələbə mübadiləsi məsələləri müzakirə olunub.

Görüşdən sonra Silviya Simon AzMİU-nun tədris və elmi-tədqiqat laboratoriyaları ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.