DÜNYA


Monqolustanın Baş naziri kömür oğurluğunu araşdıracağını vəd edib

Monqolustanın Baş naziri kömür oğurluğunu araşdıracağını vəd edib

Bakı, 7 dekabr, AZƏRTAC

Monqolustanın Baş naziri Luvsannamsrayn Oyuun-Erdene miqyaslı kömür oğurluğu hallarına aydınlıq gətirəcəyini vəd edib və əhalini sakitliyə çağırıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, hökumət başçısı, həmçinin Ulan-Batorun mərkəzi meydanında etiraz aksiyası keçirən vətəndaşlara təşəkkürünü bildirib.

Artıq bir neçə gündür ki, Monqolustanın paytaxtında kömür oğurluğu ilə bağlı məlumatın yaratdığı qalmaqalla bağlı etiraz aksiyaları davam edir. Qeyri-rəsmi məlumatlara görə, ölkədə ümumilikdə 1,7 milyard dollar dəyərində 6,5 milyon ton kömür oğurlanıb. Hakimiyyət orqanları bu işin araşdırılmasına kömək göstərməsi üçün Çinə müraciət edib.

Monqolustan ixracatının 86 faizi Çinin payına düşür və onun da yarıdan çoxu kömürdür. 2021-ci ildə Ulan-Bator Çinə 16 milyon ton, bu il isə 19 milyon tondan çox kömür ixrac edib. Monqolustanın 2022-ci ilin ilk doqquz ayında ixrac etdiyi kömürün ümumi dəyəri 4,5 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.