İDMAN


Karate üzrə milli komanda üzvlərinin İtaliya sınağı

Karate üzrə milli komanda üzvlərinin İtaliya sınağı

Bakı, 8 dekabr, AZƏRTAC

Karate üzrə milli komandanın 19 üzvü İtaliyanın Jesolo şəhərində rəsmi və beynəlxalq turnirdə iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, böyüklər, 21 yaşadək gənclər arasında keçiriləcək XXX “Venice Cup” turnirində millimizin iki üzvü iştirak edəcək. Yarışda 42 ölkədən 1011 karateçi və para-karateçi döyüşəcək.

Dekabrın 9-11-də Jesoloda “Karate1 Youth League” turnirində isə yığmamızın 17 karateçisi 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı gənclər arasında yarışda mübarizə aparacaqlar.

İdmançıları 16-17 yaşlı gənclərin böyük məşqçisi, Əməkdar məşqçi Seymur Xudaverdiyev müşayiət edəcək. Beynəlxalq hakimlər Cahangir Babayev və Anar Allahverdiyev “Karate1 Youth League” turnirinin referiləri arasında olacaq.

Nüfuzlu yarışa 58 ölkədən 2660 idmançı qatılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.