CƏMİYYƏT


Avtomobilində projektordan istifadə edən sürücü məsuliyyətə cəlb olunub

Bakı, 8 dekabr, AZƏRTAC

“Scania” markalı, 90-RY-438 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Rzayev Allahşükür Valeh oğlu nəqliyyat vasitəsinə əlavə projektorlar quraşdıraraq və ban hissəsinə müxtəlif məzmunlu rəsmlər çəkdirərək idarə etdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsi Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq tənbeh tədbirləri görülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib.

“Nəzərə almaq lazımdır ki, nəqliyyat vasitəsinə projektorların quraşdırılaraq istifadəsi sutkanın qaranlıq vaxtı əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinin yolu görməsini məhdudlaşdırır ki, bu da nəticə etibarilə yollarda hansısa bir xoşagəlməz hadisənin baş verməsinə səbəb olur. Həmin sürücülərin bir daha diqqətinə çatdırırıq ki, qeyd olunan avadanlıqdan istifadə qayda pozuntusudur və inzibati məsuliyyət yaradır.

Eyni zamanda, bəzi sürücülərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də, nəqliyyat vasitələrinin ban hissəsinə müxtəlif məzmunlu yazılar və rəsmlər çəkdirirlər ki, bu hal da yolverilməzdir. Belə rəsmlər və yazılar digər sürücülərin diqqətini yoldan yayındırmaqla yol-nəqliyyat hadisəsinin baş verməsinə şərait yaradır”, - deyə məlumatda qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.