CƏMİYYƏT


Uqanda nümayəndə heyəti Qoşulmama Hərəkatı Gənclər Təşkilatının üzvləri ilə görüşüb

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) ilə Azərbaycanda səfərdə olan Uqanda nümayəndə heyəti arasında görüş keçirilib. Görüş QHGT-nin Azərbaycanda yerli bölməsi olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən idarə olunan Gənclər Təşkilatlarının Resurs Mərkəzində baş tutub.

NAYORA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə QHGT-nin institusional inkişafı, eləcə də təşkilatın milli bölmələri, o cümlədən Uqanda Milli Bölməsi ilə əməkdaşlıq perspektivləri müzakirə olunub, QHGT-nin sədri Orduxan Qəhrəmanzadə təşkilatın missiyası və fəaliyyət planı ilə bağlı ətraflı məlumat verib.

Nümayəndə heyəti, həmçinin QHGT-nin Azərbaycan bölməsinin üzvləri ilə görüşüb. Görüş zamanı Uqandanın BMT yanında Daimi Nümayəndəsi, həmçinin nümayəndə heyətinin rəhbəri səfir Adonia Ayebare QHGT-nin Qoşulmama Hərəkatına üzv dövlətlər arasında gənclərin inkişafı və qarşılıqlı əlaqəsinin təşkilinə verdiyi töhfələrin önəmini vurğulayıb. Daha sonra Uqandanın Xarici İşlər Nazirliyinin Protokol idarəsinin rəisi səfir Aisa İsmail çıxış edib.

Qeyd edək ki, Azərbaycan Respublikası 2019-2023-cü illər ərzində Qoşulmama Hərəkatına sədrlik edir. 2021-ci ildə məhz Azərbaycanın Hərəkata sədrliyi dövründə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi yaradılıb. 2022-ci ilin iyul ayında Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammiti zamanı Şuşa şəhərində qəbul olunan Şuşa Akkordu adlanan sənədə əsasən Gənclər Şəbəkəsi Qoşulmama Hərəkatı Gənclər Təşkilatına çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.