CƏMİYYƏT


QMİ sədri Rusiya Müsəlmanları Ruhani İdarəsinin başçısı ilə görüşüb

Moskva, 8 dekabr, AZƏRTAC

Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş Moskvada keçirilən “Ədalət və mötədillik - dünya nizamının ilahi prinsipləri” mövzusunda Beynəlxalq Müsəlman Forumu çərçivəsində baş tutub.

Xatırladaq ki, QMİ sədri Allahşükür Paşazadə dekabrın 6-dan Rusiya paytaxtında səfərdədir. Dekabrın 7-də şeyxülislam Allahşükür Paşazadənin Moskvanın və bütün Rusiya Patriarxı Kirillə görüşü keçirilib. Dekabrın 8-də isə o, XVIII Beynəlxalq Müsəlman Forumunda çıxış edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.