DÜNYA


Kanadalı qadın xeyriyyə fonduna 384 milyon dollar ianə edib

Kanadalı qadın xeyriyyə fonduna 384 milyon dollar ianə edib

Bakı, 9 dekabr, AZƏRTAC

Kanadanın Manitoba ştatının inzibati mərkəzi Vinnipeq şəhərində xeyriyyə təşkilatlarına qrantlar verən “Winnipeg” fonduna 500 milyon Kanada dolları (təxminən 384 milyon ABŞ dolları) həcmində rekord ianə daxil olub.

AZƏRTAC CBC News telekanalına istinadla xəbər verir ki, bu, Kanadada fəaliyyət göstərən xeyriyyə təşkilatına edilən ən böyük fərdi ianədir. Həmin vəsait Vinnipeq şəhərində yaşayış və ticarət binalarına malik “Appleton Holdings” kompaniyasının 2022-ci ilin yanvar ayında vəfat edən sahibi Miriam Bergenin vəsiyyəti əsasında ödənilib. İanənin bir hissəsi səhmlər şəklində olduğundan fond müntəzəm gəlir əldə edəcək.

“Winnipeg” fondu ötən il 1100 xeyriyyə təşkilatına təxminən 84,9 milyon dollar ianə verib. Ümumilikdə isə fond mövcud olduğu 100 il ərzində xeyriyyə təşkilatlarına 780 milyon Kanada dolları (təxminən 600 milyon ABŞ dolları) həcmində vəsait ayırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.