SİYASƏT


Prezident: Azad olunmuş yurdlarımızın yenidən abadlaşdırılması memarlarımız qarşısında da təxirəsalınmaz vəzifələr qoyur

Prezident: Azad olunmuş yurdlarımızın yenidən abadlaşdırılması memarlarımız qarşısında da təxirəsalınmaz vəzifələr qoyur

Bakı, 9 dekabr, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsində parlaq Zəfərin ardınca hazırkı ən ümdə hədəflərimiz – azad olunmuş əzəli yurdlarımızda bütün zəruri infrastrukturun sürətlə qurularaq həyatın dirçəldilməsi, xarabalığa çevrilmiş şəhərlərimizin, kəndlərimizin yenidən abadlaşdırılması və mədəniyyət yadigarlarımızın əvvəlki görkəminə qaytarılması Azərbaycan memarlığı qarşısında da təxirəsalınmaz vəzifələr irəli sürür.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı inandığını bildirib ki, aktual mövzularda geniş diskussiya və ətraflı fikir mübadiləsi aparılaraq, qurultayda qəbul ediləcək mühüm qərarlar ölkə memarlığının gələcək inkişafına öz töhfəsini verəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.