REGİONLAR


Tovuzda Gənclər Təşkilatlarının V Konqresi keçirilir

Tovuz, 9 dekabr, R.Novruzoğlu, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə Gənclər Paytaxtı Tovuz şəhərində Gənclər Təşkilatlarının V Konqresi keçirilir.

AZƏRTAC xəbər verir ki, dekabrın 8-dən 10-dək davam edəcək Konqres ənənəvi olaraq gənclər təşkilatlarının bir araya gətirilməsi, onların problem və təkliflərinin dinlənilməsi, birlikdə bir çox innovativ layihə və fəaliyyətlərin təşkili, həmçinin təşkilatlar və dövlət qurumları ilə birgə gənclər siyasətinin müzakirə edilməsi kimi önəmli mövzuları özündə cəmləşdirir.

Konqresin əsas məqsədi gənclər təşkilatlarının yeni tərəfdaşlıq əlaqələri qurmalarına dəstək olmaq, gənclərlə iş və gənclər siyasəti ilə bağlı aktual mövzular haqqında fikir mübadiləsi aparmaq, gənclər təşkilatlarının idarəedilməsi sahəsində yeni mexanizmlərin yaradılmasını təmin etməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.