DÜNYA


ABŞ-da benzinin qiyməti ucuzlaşıb

ABŞ-da benzinin qiyməti ucuzlaşıb

Bakı, 9 dekabr, AZƏRTAC

ABŞ-ın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti ötən illə müqayisədə ucuzlaşıb.

AZƏRTAC CBS News telekanalına istinadla xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, Birləşmiş Ştatlarda benzinin orta qiyməti son həftə ərzində 14 sent, son ayda isə 47 sent ucuzlaşıb. Hazırda bir qallon (3,78541 litr) benzinin orta qiyməti 3,33 dollardır. İyun ayında qiymət 5 dollardan yuxarı qalxaraq ölkə tarixində rekord həddə çatmışdı.

Enerji qiymətlərinin ucuzlaşması ABŞ-da inflyasiyanın azalmasına səbəb olub. Lakin analitiklər Avropanın Rusiya neftinə tətbiq etdiyi embarqonun bazarda qeyri-sabitliyə gətirib çıxaracağını düşünürdülər. Buna baxmayaraq, dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Qeyd edək ki, bu həftə “Brent” markalı neftin fyuçersləri 10 faizə yaxın ucuzlaşaraq ilin ən aşağı səviyyəsinə enib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.