İQTİSADİYYAT


Energetika nazirinin Zaqatalada vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Energetika nazirinin Zaqatalada vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Bakı, 9 dekabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazovun dekabrın 23-də Zaqatalada keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbul dekabrın 19-da saat 12:00-dan etibarən Zaqatala rayon Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala şəhəri, Car küçəsi 1) keçiriləcək. Energetika naziri Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Energetika Nazirliyinin “974” Çağrı mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs Asim Məmmədov, əlaqə telefonları: (+99424) 245-21-35, (050) 378-28-46, email: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbula yazılmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.