CƏMİYYƏT
Yekaterinburqun erməni icmasının başçısına qarşı cinayət işi başlanıb
Moskva, 26 yanvar, AZƏRTAC
Rusiyanın Yekaterinburq şəhərinin erməni icmasının başçısı Masis Nazaryana qarşı cinayət işi başlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Yekaterinburq şəhərinin erməni diasporunun nümayəndələri “Müqəddəs Karapet” kilsəsində Qarabağ ermənilərinə “dəstək” videosu çəkib yaymışdılar. Rusiya polisi Masis Nazryanı hakimiyyət orqanlarını xəbərdar etmədən kütləvi tədbir keçirməkdə təqsirləndirir.
Masis Nazaryan 2003-cü ildən “Ani-Armeniya” erməni icması” ictimai birliyinin sədridir. Qanunazidd hərəkətlərlə əlaqədar erməni diasporunun digər üzvü Elen Kirakosyana qarşı da inzibati iş açılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva