CƏMİYYƏT


Gürcüstan Azərbaycanlıları Konqresi Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınayır

Gürcüstan Azərbaycanlıları Konqresi Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınayır

Tbilisi, 27 yanvar, AZƏRTAC

Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınayır. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən şəhid olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə GAK-ın yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir: “Gürcüstan Azərbaycanlıları Konqresi Tehran şəhərində Azərbaycan Respublikasının səfirliyinə qarşı törədilmiş bu terror aktını nifrətlə qınayır və hesab edir ki, səfirliyin təhlükəsizliyini təmin etməyə borclu olan İran dövləti beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”.

Bildirilir ki, Azərbaycan tək deyil, bütün Türk dünyası ona dəstəkdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.