DÜNYA


ABŞ Prezidenti Co Bayden sosial mediada ən çox izlənilən dünya lideridir

ABŞ Prezidenti Co Bayden sosial mediada ən çox izlənilən dünya lideridir

Bakı, 29 yanvar, AZƏRTAC

İtaliyanın “Italia digitale” fondunun rəqəmsal rəsədxanası dünyanın bəzi aparıcı ölkələrinin liderləri ilə bağlı araşdırma aparıb.

AZƏRTAC-ın “TRT Haber”ə istinadla məlumatına görə, 24 lider arasında aparılan araşdırmada liderlərin son 3 ayda sosial media fəaliyyətlərinə görə sıralaması hazırlanıb. Araşdırmada izləyicilərin sayı, hər yazıya bildirilən rəy və son 3 ayda qarşılıqlı əlaqə əsas götürülüb. Sosial mediada ən çox izlənilən lider 66 milyondan çox izləyicisi olan ABŞ Prezidenti Co Bayden olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 40 milyondan çox izləyici ilə ikinci yerdə qərarlaşıb.

Ukrayna Prezidenti Volodimir Zelenski 27 milyonla üçüncü olub.

Braziliya Prezidenti Lula da Silva isə sosial mediada ən fəal lider kimi təhlil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.