DÜNYA


Mayk Makkol: ABŞ-ın Tayvana görə Çinlə müharibə etmə ehtimalı çox yüksəkdir

Mayk Makkol: ABŞ-ın Tayvana görə Çinlə müharibə etmə ehtimalı çox yüksəkdir

Bakı, 30 yanvar, AZƏRTAC

ABŞ-ın Tayvana görə Çinlə müharibə etmə ehtimalı çox yüksəkdir.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı Mayk Makkol general Minihanın Birləşmiş Ştatların yaxın iki ildə Çinlə müharibə edə biləcəyi ilə bağlı bəyanatını şərh edərkən deyib.

Minihanın "Mənim intuisiyam deyir ki, 2025-ci ildə müharibə vəziyyətində olacağıq" sözlərini xatırladan Mayk Makkol deyib: “Ümid edirəm ki, o, səhv edir... Amma mən onun haqlı olduğunu düşünürəm”.

Minihanın fikrincə, 2024-cü ildə həm ABŞ, həm də Tayvanda prezident seçkiləri keçiriləcək və bu, potensial olaraq Çinə hərbi əməliyyatlar keçirmək üçün fürsət yarada bilər.

Qeyd edək ki, Pentaqonun sözçüsü general Minihanın şərhlərinin ABŞ Müdafiə Nazirliyinin Çinə baxışını əks etdirmədiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.