SİYASƏT


TBMM-nin sədri: Türkiyə-Azərbaycan-Pakistan əlaqələrinə xüsusi əhəmiyyət veririk

TBMM-nin sədri: Türkiyə-Azərbaycan-Pakistan əlaqələrinə xüsusi əhəmiyyət veririk

Bakı, 30 yanvar, AZƏRTAC

Türkiyə-Azərbaycan-Pakistan arasında üçtərəfli əlaqələrə xüsusi önəm veririk.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Pakistan parlamenti sədrinin müavini Zahid Əkrəm Durrani ilə görüşündə deyib.

Əlcəzairdə 17-ci İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyi Konfransı çərçivəsində bir sıra görüşlər keçirən Şentop bu il Türkiyə-Pakistan diplomatik əlaqələrinin 75-ci ilinin tamam olunduğunu qeyd edib.

TBMM-nin sədri diplomatik münasibətlərdə müsbət inkişafın olduğunu, əlaqələrin yaxşı inkişaf etdiyini deyib. Onun sözlərinə görə, rəsmi Ankara Pakistan-Türkiyə əlaqələri ilə yanaşı, Türkiyə-Azərbaycan-Pakistan arasındakı üçtərəfli əlaqələr mexanizminə də xüsusi önəm verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.