CƏMİYYƏT


Qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanıb

Bakı, 30 yanvar, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonunda 12-BH-750 dövlət nömrə nişanlı “QAZ 53” markalı nəqliyyat vasitəsilə qanunsuz meşə materialının daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı Qubadlı rayon sakini Rafəddin Həsənəliyevin idarə etdiyi avtomobilin yük yerində qanunsuz yolla əldə olunmuş 5 kubmetr həcmində odun aşkar olunub. Lerik rayonunda keçirilən nəzarət tədbirləri zamanı isə rayon sakini Qabil Qubadova məxsus həyətyanı sahədəki ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 0,9 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib.

B.Məhəmmədovun sözlərinə görə, hazırda meşə materiallarının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.