SİYASƏT


Macarıstan Prezidenti: Enerji resurslarımızı şaxələndirmək üçün bizə yaxşı dost və tərəfdaşlar lazımdır

Macarıstan Prezidenti: Enerji resurslarımızı şaxələndirmək üçün bizə yaxşı dost və tərəfdaşlar lazımdır

Bakı, 30 yanvar, AZƏRTAC

Macarıstana rəsmi səfərinizdən şəxsən şərəf hissi duyuram. Bilirəm ki, dünən yaxşı proqramınız olub. Ümid edirəm ki, icra hakimiyyətinin rəhbəri, Baş nazirlə keçiriləcək görüşlə səfəriniz yaxşı davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstan Prezidenti Katalin Novak Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşündə bildirib.

Enerji sahəsində əməkdaşlığın ölkələrimiz arasında ən mühüm məsələlərdən biri olduğunu vurğulayan Macarıstan Prezidenti deyib: “Əfsuslar olsun ki, sizdən fərqli olaraq, bizim bəxtimiz o qədər gətirməyib. Yüz ildən artıq dövr ərzində biz öz təbii enerji sərvətlərimizdən məhrum olmuşuq. Onlar artıq bizdə deyil. Enerji resurslarımızın şaxələndirilməsi üçün bizə yaxşı dost və tərəfdaşlar lazımdır”.

Prezident Katalin Novak qeyd edib ki, Macarıstan hazırda Rusiyanın neft və qazından asılıdır: “Biz həmin məsələni, hazırda davam edən müharibəni və gözləntiləri müzakirə etdik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.