HEYDƏR ƏLİYEV - 100


Rasim Əliyev: Ümummilli Lider bütün həyatını xalqımızın inkişafına, təhlükəsizliyinə həsr edib

Rasim Əliyev: Ümummilli Lider bütün həyatını xalqımızın inkişafına, təhlükəsizliyinə həsr edib

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə mən bir neçə dəfə görüşmüşəm, həmçinin ona məruzə edib, qarşısında çıxış etmişəm. Ulu Öndərin 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının blokadada olması, naxçıvanlı gənclərin və xüsusən də oradakı hərbi xidmətdə olan zabit heyətinin övladlarının hərb peşəsinə yiyələnməsini nəzərə alaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialını yaradıb və mən də oraya rəis təyin olunmuşam.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Respublika Veteranlar Təşkilatının şöbə müdiri, general-mayor Rasim Əliyev bildirib.

Onun sözlərinə görə, orada xidmət etdiyi dövrdə Ulu Öndər Heydər Əliyev iki dəfə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında olub: “Ümummilli Lideri orada qarşılayaraq məruzə etmişəm. Eləcə də onun şəxsi heyət qarşısında proqram xarakterli çıxışlarını dinləmişik. Hesab edirəm ki, Ulu Öndərin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 1971-ci ildə yaradılması haqqında qəbul etdiyi qərar blokada olan Naxçıvan gənclərinin də hərbi peşəyə yiyələnməsinə şərait yaratmaq üçün 1998-ci ildə imzaladığı Sərəncamın strateji məfkurəsinin nəticəsi idi.

Rasim Əliyev qeyd edib ki, dahi şəxsiyyət hər iki səfərində Hərbi Liseyi gəzib, aparılan tədris prosesi, şəxsi heyətin sosial-məişət şəraiti, onların yeməyi ilə tanış olmuşdu. Ulu Öndərlə hətta yeməkxanada olan dialoqumuzu indi də xatırlayıram: “Mən orada şəxsi heyətə yemək üçün verilən plovu təqdim etdim. Sonra göstərdim ki, Prezident bu da aşın qarasıdır. Ümummilli Lider aşın düyüsündən bir qaşıq götürdükdən sonra dönüb mənə gülə-gülə dedi ki, qarasını da özün yeyərsən”.

Ulu Öndərlə bağlı xatirələrinin çox olduğunu vurğulayan Rasim Əliyev deyib: “O, elə bir dahi şəxsiyyətdir ki, hər bir azərbaycanlının ömrünün sonunadək qəlbində yaşayacaq. Çünki Ümummilli Lider bütün ömrünü Azərbaycan xalqının inkişafına, firavan həyatına, təhlükəsizliyinə həsr edib. Hazırkı ordumuz Ulu Öndərimizin yaratdığı dünyadakı ən güclü silahlı qüvvələrdən biridir. Onun layiqli davamçısı Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dahi şəxsiyyətin əsasını qoyduğu siyasəti uğurla davam etdirdi. Bunun nəticəsidir ki, bu gün Silahlı Qüvvələrimiz dünya orduları arasında ilk 50-likdə qərarlaşıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi və xalqımızın yaxından iştirakı ilə ordumuzun qısa müddətdə qazandığı Qələbə bunun əyani təzahürüdür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.