Milli Məclis sədrinin müavini şəhid ailələrinin və qazilərin müraciətlərini dinləyib
AzerTAg.az
Bakı, 30 yanvar, AZƏRTAC
Milli Məclis sədrinin müavini Adil Əliyev növbəti dəfə şəhid ailələrinin, qazilərin və müraciət edən digər vətəndaşların müraciətlərini dinləyib.
Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciətlərindən bəziləri yerindəcə həll edilib. Eləcə də, sosial, humanitar, məişət məsələlərinin həlli ilə bağlı aidiyyəti üzrə məktubların hazırlanması üçün müvafiq göstərişlər verilib. Daxil olan bütün növ müraciətlər ətraflı araşdırılıb, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.
Səmimi qəbula görə təşəkkürünü bildirən vətəndaşlar, müraciətlərinə yüksək həssaslıqla yanaşıldığı üçün minnətdarlıqlarını bildiriblər.
Milli Məclis sədrinin müavini daha sonra fiziki məhdudiyyətləri ilə əlaqədar qəbula gələ bilməyən vətəndaşları evlərində ziyarət edərək, onları narahat edən məsələlərlə maraqlanıb.




Xəbərin mətnində orfoqrafik səhv var