DÜNYA


Ötən il Rusiya bazarını tərk edən “General Motors” 657 milyon dollar itirib

Ötən il Rusiya bazarını tərk edən “General Motors” 657 milyon dollar itirib

Bakı, 1 fevral, AZƏRTAC

Amerikalı avtomobil istehsalçısı “General Motors” 2022-ci ildə Rusiyada biznesin dayandırılmasından 657 milyon dollar itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında bildirilib.

Qeyd edilib ki, məbləğə xalis investisiyaların silinməsi və yığılmış transfer zərərlərinin mənfəətə köçürülməsi daxildir.

Şirkət 2022-ci ilin mart ayından Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar Rusiya, Belarus və sanksiyalara məruz qalan digər ərazilərə avtomobillərin və komponentlərin tədarükünü dayandırıb.

Ötən ilin mart ayına qədər şirkət ABŞ-dan Rusiyaya premium “Chevrolet” və “Cadillac” modellərini tədarük edirdi. Avropa Biznes Assosiasiyasının (AEB) məlumatına görə, modellərin ümumi satışları 2021-ci ildə 2020-ci illə müqayisədə 1,7 dəfə artaraq 3 min 423 ədəd olub.

Xatırladaq ki, bir neçə il əvvəl, hələ 2015-ci ildə şirkət Sankt-Peterburqdakı zavodunda avtomobillərin istehsalını məhdudlaşdıraraq Rusiyadakı mövcudluğunu əhəmiyyətli dərəcədə azaltmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.