Bu günədək “Dostluq Meşəsi”ndə və ətrafdakı yamaclarda 63 mindən çox ağac əkilib
AzerTAg.az
Bakı, 1 fevral, AZƏRTAC
Bu günədək “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi”nin “Dostluq Meşəsi” adlandırılan sahəsində, o cümlədən ətrafdakı terraslarda regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının iştirakı ilə 73 hektarda 63 mindən artıq müxtəlif növ ağac tingi əkilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov AZƏRTAC-a bildirib ki, son bir həftə ərzində Cəbrayılın “Dostluq Meşəsi” adlandırılan sahəsində, eləcə də ətrafdakı yamaclarda əkilən ağacların sayı 13 min 530-a bərabərdir.
Qeyd edək ki, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində kompleksin ərazisində və ətraf terraslarda ağacəkmə tədbirlərinə ötən ilin sonlarından başlanılıb.




Xəbərin mətnində orfoqrafik səhv var