ELM VƏ TƏHSİL


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı BDU ilə əməkdaşlıqda maraqlıdır

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı BDU ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 1 fevral, AZƏRTAC

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Hüquq şöbəsinin müdiri İvan Çarnetski və qurumun əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində olublar.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Görüşdə fakültənin dekanı Zaur Əliyev hüquq tədrisi sahəsində BMT-nin müxtəlif strukturları, İnsan Hüquqları üzrə Ali Komissarlıqla əməkdaşlıq barədə danışıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu, məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yurdlarına qayıtdığını qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qarabağ və Şərqi Zəngəzura səfərləri işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirir. Azərbaycanın vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarının fəallarının təbii sərvətlərin talanması və ətraf mühitin çirkləndirilməsinə qarşı Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiyada Hüquq fakültəsinin də iştirak etdiyini BMT nümayəndələrinin diqqətinə çatdıran dekan Ermənistan tərəfindən işğal dövründə şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, tarixi, dini, mədəni abidələrimizin dağıdılması, təbii sərvətlərin qanunsuz istismarına görə kompensasiyanın ödənilməsinin zəruriliyini qeyd edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi İvan Çarnetski Hüquq fakültəsinin fəaliyyətini, o cümlədən hüquqi tədris sahəsində BMT ilə əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib, genişmiqyaslı və müntəzəm əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Sonra Hüquq fakültəsi ilə əməkdaşlıq çərçivəsində təlimlərin təşkili və tələbələrin BMT-nin müvafiq strukturunda istehsalat təcrübəsi keçmək imkanları müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.