MƏDƏNİYYƏT


Belçikanın Brügge şəhərində Azərbaycan milli günləri keçirilib

Brüssel, 1 fevral, AZƏRTAC

Belçikanın tarixi Brügge şəhərində yerləşən, Avropa İttifaqının nüfuzlu təhsil müəssisəsi olan Avropa Kollecində Azərbaycan milli günləri keçirilib.

AZƏRTAC xəbər verir ki, milli günlər çərçivəsində gənc pianoçu Etibar Əsədlinin caz-muğam konserti təşkil edilib, milli mətbəx təqdimatı və müxtəlif ölkələrdən olan kollecin tələbələri arasında Azərbaycanla bağlı müsabiqə keçirilib. Qaliblərə suvenirlər təqdim olunub.

Tədbir Avropa Kollecində təhsil alan tələbələrimiz Xəyyam Rzazadə, Elvin Hacıyev və Necla Ayvazinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə baş tutub.

Tələbələr səfirliyimizə dəstəyə görə təşəkkürlərini bildiriblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.