CƏMİYYƏT


“Gənclər təşkilatları: yeni çağırışlar” mövzusunda Forum

Bakı, 1 fevral, AZƏRTAC

2 fevral - Gənclər Günü münasibətilə “Gənclər təşkilatları: yeni çağırışlar” mövzusunda Forum keçirilib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra işinə başlayıb.

Yüz iyirmi bir gənclər təşkilatının rəhbər və nümayəndələrinin iştirak etdiyi forumda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) baş katibi Ramin Həbizadə forum iştirakçılarını salamlayaraq gənclərlə iş sahəsində fəaliyyətlərin əlaqələndirilməsi məsələləri üzrə işçi qrupların yaradılması layihəsi haqqında təqdimatla çıxış edib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin fəaliyyətlərinə dair hesabat videoçarxı təqdim edilib və sonra nazir Fərid Qayıbov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun iştirakı ilə “Gənclər təşkilatları: yeni çağırışlar” mövzusunda panel müzakirəsi keçirilib.

Sonra gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.