CƏMİYYƏT


İçərişəhərdə “Gənclər yarmarkası” sərgisi təşkil edilib

Bakı, 1 fevral, AZƏRTAC

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə İçərişəhərdə “Gənclər yarmarkası” sərgisi təşkil edilib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, sərgidə ölkə ərazisində fəaliyyət göstərən gənclər evləri, Azərbaycan Skautlar Assosiasiyası, Gənclərin Karyera və İnkişaf Mərkəzi, həmçinin fiziki məhdudiyyətli, istedadlı gənclər öz əl işləri ilə təmsil olunublar.

Yarmarkada şəhərimizin sakinləri üçün gənclər evlərinin istedadlı gənclərinin simasında konsert proqramı, həmçinin gənclər üçün hədiyyələrlə zəngin əyləncəli və intellektual yarışlar təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.