DÜNYA


Ötən gün doqquz ölkənin səfiri Türkiyə XİN-ə çağırılıb

Ötən gün doqquz ölkənin səfiri Türkiyə XİN-ə çağırılıb

Bakı, 3 fevral, AZƏRTAC

Ankarada təhlükəsizlik xəbərdarlığı səbəbindən diplomatik və konsulluq nümayəndəliklərini müvəqqəti bağlayan ABŞ, İngiltərə, Almaniya və Fransa başda olmaqla 9 ölkənin səfir və nümayəndələri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfirlərə Ankaranın məsələyə münasibəti çatdırılıb və Türkiyədəki bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinin beynəlxalq müqavilələr əsasında qorunduğu vurğulanıb.

Bu cür yanaşmaların yalnız terror təşkilatlarının məkrli gündəminə xidmət etdiyi vurğulanıb, dost və müttəfiq ölkələrdən Türkiyənin təhlükəsizlik qüvvələri ilə əməkdaşlığı gözləməyin vacibliyi bildirilib.

Xatırladaq ki, Türkiyədə terror aktları təhlükəsi bəhanəsi ilə bəzi ölkələr konsulluqlarının işini dayandırmaq qərarına gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.