SİYASƏT


Moldova mətbuatı Qərbi Azərbaycan mövzusuna yer verib

Kişineu, 3 fevral, AZƏRTAC

Qərbi Azərbaycan İcmasının müraciətinin BMT-də yayılması Moldova KİV-də işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Moldovanın böyük oxucu auditoriyasına malik olan “NOİ” və “TRİBUNA” xəbər portallarında Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi tərəfindən Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayması xəbəri rus və rumın dillərində işıqlandırılıb.

Eyni zamanda xəbərlərdə sənədin BMT-nin bütün rəsmi dillərində yayıldığı, bunun Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğur olduğu bildirilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.