ELM VƏ TƏHSİL


Müəllimlər üçün 25 fənn üzrə təlim proqramına start verilir

Müəllimlər üçün 25 fənn üzrə təlim proqramına start verilir

Bakı, 3 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) pedaqoji kadr potensialının gücləndirilməsi məqsədilə müəllimlər üçün təlimlərə start verilir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, fevralın 10-da başlanacaq təlimlər yeni fənlərin tədrisinin keyfiyyətinin artırılması məqsədi daşıyır. Təlimlər UNEC tərəfindən dəvət edilən Türkiyənin reytinqli universitetlərinin tədqiqatçı-alimləri, aparıcı mütəxəssisləri ilə yanaşı, yerli təlimçilər tərəfindən də aparılacaq.

Təlimlər “Zaman sıralarının təhlili”, “Dövlətin gəlir və xərclərinin idarə edilməsi”, “Müəssisə üçün mobil əlavələrin işlənilməsi”, “Polimer mühəndisliyi”, “Güc elektronika və elektrik intiqalı”, “Tədqiqat və layihə bacarıqları”, “Materialların təkrar emalı”, “Sosial işin qiymətləndirilməsi”, “Ekoloji biotexnologiya” və digər fənlər üzrə təşkil olunacaq.

25 fənn üzrə keçiriləcək təlimlərdə digər universitetlərin müəllimləri də iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.