SİYASƏT


Monteneqro Baş nazirinin müavini Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub

Bakı, 3 fevral, AZƏRTAC

Monteneqro Baş nazirinin müavini və Kapital İnvestisiyalar naziri Ervin İbrahimoviç Azərbaycana səfəri çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı E. İbrahimoviç Azərbaycan ilə Monteneqro arasındakı dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb.

Mərkəzin Baş katibi reallaşdırılan beynəlxalq layihələr, Qərbi Balkanların Avrointeqrasiyası üzrə keçirilən beynəlxalq konfranslar haqqında qonağa məlumat verib.

O cümlədən Baş nazir müavininin mart ayında Bakıda keçiriləcək 10-cu Qlobal Bakı Forumunda iştirakı da müzakirə edilib.

Qonağa Mərkəzin nəşri olan “Qələmin sehri – Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar” kitabı təqdim olunub.

Ervin İbrahimoviç Mərkəzin nəzdində yaradılan və Nizami Gəncəvi irsinə aid nadir nüsxələrini, bir sıra dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini özündə cəmləşdirən kitabxana ilə də tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.