Kreml Yuxarı Lars keçid məntəqəsinin hava şəraiti ilə əlaqədar bağlanmasına şübhə etmir
AzerTAg.az

Moskva, 3 fevral, AZƏRTAC
Kreml Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars sərhəd keçid məntəqəsinin bağlanmasının hava şəraiti ilə əlaqədar olduğuna şübhə etmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərə deyib.
Onun sözlərinə görə, sərhəd keçid məntəqəsinin hava şəraiti ilə əlaqədar bağlanması barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatını şübhə altına almağa əsas yoxdur.
Xatırladaq ki, Gürcüstan qar uçqunu təhlükəsinə görə Hərbi Gürcüstan yolunun bir hissəsi olan Qudauri-Kobi nəqliyyat yolunu bütün nəqliyyat vasitələri üçün bağlayıb.
Qeyd edək ki, bu yol Rusiyanı Gürcüstan və Cənubi Qafqazla birləşdirən yeganə dəhlizdir.
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var