İDMAN


İdmançılarımız Almaniyada fiqurlu konkisürmə üzrə beynəlxalq yarışda iştirak edirlər

İdmançılarımız Almaniyada fiqurlu konkisürmə üzrə beynəlxalq yarışda iştirak edirlər

Bakı, 3 fevral, AZƏRTAC

Fevralın 2-də Almaniyanın Oberstdorf şəhərində keçirilən fiqurlu konkisürmə üzrə “Bavaria Open 2023” yarışında Azərbaycanı təmsil edən idmançılarımız öz çıxışlarına start veriblər.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan tək konkisürmədə bir yeniyetmə idmançı, həmçinin buz üstündə rəqs növündə 1 yeniyetmə cütlük və 2 böyük cütlükdən ibarət komanda ilə təmsil olunur.

İdmançılarımız arasında Səbinə Əliyeva tək konkisürmədə qısa proqram üzrə çıxış edərək 45,36 xal toplayıb və 19 idmançı arasında 4-cü yerə sahib olub. Bu gün isə Səbinə Əliyevanın sərbəst proqram üzrə çıxışı nəzərdə tutulub.

Fevralın 3-də, həmçinin buz üstündə rəqs növündə yeniyetmə cütlüyümüz Anna Obrien və Stiven Vey ritm rəqs üzrə öz çıxışlarını edərək yüksək nəticə uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış fevralın 5-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.