CƏMİYYƏT


Fevralın 3-də Azərbaycanda COVID-19 əleyhinə 258 doza vaksin vurulub

Fevralın 3-də Azərbaycanda COVID-19 əleyhinə 258 doza vaksin vurulub

Bakı, 3 fevral, AZƏRTAC

Fevralın 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 258 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 85, ikinci doza vaksinlərin sayı 53 üç və daha çox doza vaksinlərin sayı 109, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 11-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 943 min 307, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 554, ikinci mərhələ üzrə 4 milyon 877 min 200, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 252, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 301-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.