CƏMİYYƏT


Səhiyyə Nazirliyində Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Federasiyasının sədri ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Federasiyasının sədri ilə görüş keçirilib

Bakı, 3 fevral, AZƏRTAC

Səhiyyə Nazirliyində Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Federasiyasının sədri, professor Gürkan Uncunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdən məmnunluğunu bildirən səhiyyə naziri Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də ölkələrimiz arasında əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb: “Səhiyyə nazirlikləri arasında rəsmi münasibətlərin qurulması ölkəmizin müstəqilliyinin ilk illərinə təsadüf edir. Əməkdaşlığın hüquqi bazası 1994-cü ildə fevralın 9-da nazirliklər arasında imzalanmış “Səhiyyə və tibb elmi sahəsində ikitərəfli əməkdaşlıq Protokolu” ilə formalaşıb. Əməkdaşlıq əlaqələri sonradan daha üst səviyyəyə qaldırılaraq “Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində davam etdirilib”.

Nazir qeyd edib ki, Azərbaycanda uşaqların sağlamlığı prioritet məsələdir: “Ölkəmizdə uşaq sağlamlığının qorunması sahəsində ardıcıl və davamlı tədbirlər görülür. 2006-cı ildən başlayaraq indiyədək ana və uşaqların sağlamlığı səhiyyənin prioritet məsələlərindən birinə çevrilib. Həmin vaxtdan indiyədək bir-birinin ardınca bu sahədə bir neçə Dövlət Proqramı və qanunvericilik aktları qəbul edilib”.

O, həmçinin ötən ilin oktyabrında İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresini xatırladıb: “Konqres çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirləri ilə bəzi mühüm məsələləri müzakirə etdik. Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti bir neçə mühüm təkliflər irəli sürüb. Bunlardan biri də “TDT ölkələrinin Vahid tibb təhsili standartlarının yaradılması” və bu təkliflər təşkilata üzv ölkələrin səhiyyə nazirləri tərəfindən müsbət qiymətləndirilib”.

Teymur Musayev çıxışında Səhiyyə Nazirliyinin Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Federasiyası ilə əməkdaşlığının yeni müstəviyə qaldırılmasında maraqlı olduğunu bildirib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən professor Gürkan Uncu Bakıda təşkil olunan "Azərbaycan-Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Konqresi"nin gələcək əməkdaşlığa böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı əməkdaşlığı inkişaf etdirmək barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.