İDMAN


Qadın güləşçimiz Alyona Kolesnik reytinq turnirində üçüncü olub

Qadın güləşçimiz Alyona Kolesnik reytinq turnirində üçüncü olub

Bakı, 4 fevral, AZƏRTAC

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.

AZƏRTAC xəbər verir ki, reytinq turnirinin üçüncü günündə - fevralın 3-də 5 güləşçimiz mübarizə aparıb.

Təmsilçilərimizdən yalnız Alyona Kolesnik fəxri kürsüyə qalxıb. Turnirdə 59 kiloqram çəki dərəcəsində iştirakçı sayı az olduğundan qalib dairəvi sistem üzrə keçirilən görüşlərdən sonra müəyyənləşib. Qadın güləşçimiz yekunda bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) bürünc əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.