İDMAN


Qadın şahmatçıların respublika çempionatında ilk turun oyunları keçirilib

Bakı, 5 fevral, AZƏRTAC

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında ilk turun oyunları keçirilib. Birinci yarış günü məhsuldar alınıb. Belə ki, açılış turunda heç-heçə qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, birinci tur reytinq favoriti olan Gövhər Beydullayevanın məğlubiyyəti ilə yadda qalıb. Qara fiqurlarla oynayan son çempion Xanım Balacayevaya uduzub. Nərmin Abdinova ağ fiqurlarla mübarizə aparan Səbinə İbrahimovaya qalib gəlib. Təcrübəli Zeynəb Məmmədyarova da çempionata qələbəylə başlayıb. Ağ fiqurlarla yarışan Məmmədyarova Gülnar Məmmədovadan üstün olub. Zeynəbin bacısı Türkan Məmmədyarova ötən çempionatın sürprizi sayılan Ləman Hacıyevanı məğlub edib. Qara fiqurlarla oynayan Xəyalə Abdulla isə ilk turda Ayan Allahverdiyevaya uduzub.

Nurtan Nuriyeva ilk turda istirahət edib.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.