İQTİSADİYYAT


Səudiyyə Ərəbistanında keçirilən beynəlxalq konfransda ölkəmiz də təmsil olunub

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 8-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində bu ölkənin Zəkat, Vergi və Gömrük İdarəsinin təşkilatçılığı ilə “Zəkat, Vergi və Gömrük Konfransı” keçirilir.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Gömrük Təşkilatı (ÜGT), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) kimi bir sıra mötəbər təşkilatların təmsil olunduğu, müxtəlif ölkələrin vergi və gömrük orqanları əməkdaşlarının qatıldığı konfransda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir.

“İqtisadi dayanıqlılığı təşviq etmək və təhlükəsizliyi qorumaq üçün inteqrasiya edilmiş rəqəmsal ekosistem” mövzusuna həsr edilən, 5 min nümayəndənin iştirak etdiyi iki günlük konfransda rəqəmsal həllərdən istifadə etməklə kölgə iqtisadiyyatına qarşı mübarizə, investisiya üçün əlverişli logistika mühiti, təhlükəsiz və səmərəli nəqliyyat sistemi vasitəsilə inkişaf, təhlükəsizlik və ticarətin asanlaşdırılmasında gömrüyün rolu və digər məsələlər üzrə panel müzakirələr aparılacaq, beynəlxalq ekspertlər tərəfindən təqdimatlar nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.