İQTİSADİYYAT


Macarıstan şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə iştirakına dair müzakirə aparılıb

Bakı, 8 fevral, AZƏRTAC

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Macarıstanın Dövlət katibinin xarici iqtisadi məsələlər üzrə müavini xanım Katalin Bihari ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Tormanın da iştirak etdiyi görüşdə iki dost ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı, ölkələrimizin rəhbərlərinin əlaqələrin genişlənməsinə, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün mövcud imkanlardan səmərəli istifadəyə önəm verdiyi qeyd olunub.

Tərəflər ikitərəfli iqtisadi əməkdaşlıq məsələləri, o cümlədən azad edilmiş ərazilərimizdə reallaşdırılan layihələrdə Macarıstan şirkətlərinin iştirakı, habelə Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsi barədə müzakirələr aparıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.