CƏMİYYƏT


“Gənc Elçilər” proqramının bağlanış mərasimi olub

Bakı, 8 fevral, AZƏRTAC

“Gənc Elçilər” proqramının bağlanış mərasimi keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, bağlanış mərasimində Milli Məclisin deputatı Naqif Həmzəyev, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Azər Əliyev çıxış edərək uzun müddətdir davam edən proqram haqqında öz fikirlərini bölüşüblər.

Tədbirdə, həmçinin gənclər təşkilatlarının rəhbərləri və gənc elçilər də çıxış ediblər.

Sonda gənc elçilər proqramı uğurla başa vurduqlarına görə təltif olunublar.

Qeyd edək ki, “Gənc Elçilər” proqramı Gənclər və İdman Nazirliyinin dəstəyi, ARGTMŞ-nin təşkilatçılığı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.