Qardaş köməyi: Gəncədən Türkiyədə zəlzələdən əziyyət çəkənlərə dəstək
AzerTAg.az
Gəncə, 8 fevral, AZƏRTAC
Gəncə sakinləri "Qardaş köməyi" təşəbbüsü adı altında Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər sakinləri səhər saatlarından etibarən axın-axın təyin olunan yardım toplama məntəqəsinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər. Yardımlar əsasən, yataq dəstləri, yorğan-döşək, isti geyim, azyaşlılar üçün lazım olan əşyalardan ibarətdir.
Aksiyada iştirak edən vətəndaşlar minlərlə insanın ölümünə, böyük dağıntılara, yaşayış məntəqələrinin yerlə-yeksan olmasına, on minlərlə insanın yaralanmasına səbəb olan bu dəhşətli zəlzələdən sarsıldıqlarını bildirirlər.







Xəbərin mətnində orfoqrafik səhv var