İDMAN


24 MAY

1992-ci il. Azərbaycan Respublikası Vatikan ilə diplomatik əlaqələr qurub. Vatikan — müstəqil dövlət-şəhər və Roma Papasının iqamətgahı yerləşən Roma katolik kilsəsinin mərkəzidir. Sahəsi 44 hektar, əhalisi isə cəmi 1000 nəfərə yaxın olan Vatikan dünyanın ən kiçik dövləti sayılır.

 

1948-ci il. Azərbaycanın tanınmış teatr və kino aktyoru, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycanın Xalq Artisti Fuad Poladovun doğum günüdür. O, sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib.

 

1999-cu il. “EuroPark” Federasiyası Avropa Parklar Gününü təsis edib. Bu günün tarixi Avropada ilk milli parkların yaradılması ilə bağlıdır. 1999-cu il may ayının 24-də İsveçdə doqquz milli parkın əsası qoyulub.

 

1844-cü il. Vaşinqton və Baltimor arasında uzunluğu 64 kilometr olan birinci xətt ilə dünya tarixində ilk teleqram təntənəli şəraitdə göndərilib. Bu “möcüzə”ni Semuel Finli Briz Morze yaradıb.

 

1956-cı il. İsveçrənin Luqano şəhərində ilk “Eurovision” Beynəlxalq mahnı müsabiqəsi keçirilib. Müsabiqədə Avropanın 7 ölkəsinin – Belçika, Hollandiya, İtaliya, Lüksemburq, Fransa, AFR, İsveçrənin nümayəndələri qatılıb. İlk müsabiqədə “Refrain” mahnısı ilə isveçrəli müğənni Liz Assia qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri
28.02.2017 [09:00]
27.02.2017 [09:00]
26.02.2017 [09:00]
25.02.2017 [09:00]