Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

24 ildən sonra yenidən pöhrələyən nar ağacı – Cocuq Mərcanlıdan REPORTAJ VİDEO

Cəbrayıl, 22 iyul, AZƏRTAC

Yolum yenə Cocuq Mərcanlıyadır. Gözümüz önündə qədəm-qədəm ucalan, gözəl, abad qəsəbəyə çevrilən, dünyaya səs salan Cocuq Mərcanlıya.

Bu kənd 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da uğurlu Horadiz əməliyyatı ilə azad olunub. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması mövcud təhlükəni də aradan qaldırdı.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə kənddə yeni qəsəbənin salınması bütün Azərbaycan xalqının, o cümlədən cocuq mərcanlıların böyük sevincinə səbəb oldu.

Cocuq Mərcanlı sakinlərinin kənddə salınmış yeni qəsəbəyə köçürülməsindən sonra buraya ilk dəfə idi səfər edirdim. Qəsəbədə 50 ev, 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.

İllərlə həsrət qaldıqları doğma yurdda yenidən məskən salmış cocuq mərcanlılılarla görüşməyə tələsirdim. Qəsəbəyə girəndə ilk rastlaşdığım küçədə gülə-gülə velosiped sürən uşaqlar oldu. Mənə əl edib yanımdan keçdilər. Sonra yaşlı bir qadına rast gəldim. Nəvələrinin əlindən tutub onları gəzdirirdi. Yanından keçdiyim həyətlərdən birində ev sahibəsi toyuqlara dən səpirdi. Qonşu həyətdə isə gənc ana körpəsini yatızdırırdı. Kimi həyətini təmizləyir, kimi qonşusu ilə hal-əhval tuturdu. Gördüklərim məni də sevindirdi, indi Cocuq Mərcanlıda uzun illərin ağrı-acısından əsər-əlamət qalmayıb, həyat qaynayır. Rast gəldiyimiz sakinlər gülər üzlə salamlaşır, sevinclərini bölüşməyə can atırdılar.

Həyətində yer belləyən Şahəddin Hüseynov məni hörmətlə evə dəvət etdi. Çay süfrəsi arxasında söhbətləşdik: “İndiyəcən evimiz yox idi. Ancaq sağ olsun cənab Prezidentimiz, bizə öz kəndimizdə ev tikdirdi. Özü də düşməndən azad olunan kənddə”.

Bir qədər dayanıb söhbətə davam etdi: “Ömrümün 24 ilini Biləcəri qəsəbəsində, şəraitsiz bir binada keçirmişəm. Pis-yaxşı dolanmışıq. Hər yer Vətən torpağı olsa da, doğma yurd yeri başqadır. Şəraitim, rahatlığım bir yana, burada özümü ana qucağındakı kimi hiss edirəm. Neçə illər pərən-pərən düşmüş, illərlə görüşə bilmədiyim qohum-qardaşa qovuşmuşam. Bundan böyük xoşbəxtlik olar!? Bütün köçkünlərimizə bu hissi yaşamağı arzulayıram”.

Gələcək planlarından danışan Şahəddin dedi ki, payızda həyətində meyvə ağacları əkəcək. Onun üçün ayrılmış sahədə əkin-biçinlə məşğul olub, heyvandarlıq təsərrüfatı yaradacaq.

Elə bu vaxt kənd məscidindən azan səsi eşidildi. “Hər səhər yuxudan azan səsinə oyanırıq. Bu günümüz üçün Allaha şükürlər edir, bizə bu şəraiti yaradan dövlətimizə minnətdarlığımızı bildiririk”, - deyə ev yiyəsi sevinc dolu baxışlarla pəncərədən məscidə boylanır.

Bir anlıq məşhur mahnının sözlərini xatırladım: “Obalardan ban səsi, evlərdən azan səsi, ellərdən ozan səsi, bir gün əskik olmasın”.

Ailənin yeganə övladı olan kiçik Nurayı danışdırmaq cəhdim əvvəlcə alınmır. O, utansa da, sonra atasına baxıb ürəklənir: “Burada yeni dostlar tapmışam. Hər gün onlarla oynayırıq. Sentyabrda isə məktəbə gedəcəm. Baxın, bu noutbuku da mənə əmilər hədiyyə edib.”

Atası söhbətə qoşularaq bildirdi ki, bu günlərdə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndələri Cocuq Mərcanlıya gəlib, onların da ailəsinə baş çəkiblər. Noutbuku da Nuraya onlar bağışlayıblar. Üstəlik, evlərini telefon və internetlə də təmin ediblər.

Bu zaman həyətdən səslər eşidildi. Ev sahibinin qonaqları gəlmişdi. Qəsəbədə evlə təmin olunmuş qohumları idi. Bizimlə görüşən Solmaz Məstəliyeva dedi: “Hər gün bir qohumumuzun, qonşumuzun evinə təbrikə gedirik. Sevincimiz o qədər çoxdur ki... Sağ olsun Prezidentimiz, həm bizi rahat evlə təmin etdi, həm də pərən-pərən düşmüş bir obanı öz doğma yurdunda qovuşdurdu”.

Müsahiblərimlə xudahafizləşib ayrılıram. Yolboyu düzülən evlərin yanından keçərkən bir qadının ağac pöhrəsini suladığını gördüm. Əvvəlcə təəccübləndim ki, axı ilin bu vaxtı ağac əkib bitirmək olmaz. Ona yaxınlaşdım. Gülxandan Həziyeva təəccüblü baxışlarımdan məsələnin nə yerdə olduğunu anladı: “Bu pöhrə bitən yerdə illər öncə mənim doğma evim, həyətim olub. Tale elə gətirdi ki, ev bölgüsündə qismətimə öz həyətimizin yerində tikilən ev nəsib oldu. Bu nar ağacı da o vaxtdan qalıb. Elə bil yurd yerinin nişanəsi kimi qurumayıb, məni keçmişimə qovuşdurmaq üçün yaşayıb. Baxın, qulluq etdikcə pöhrələyir. İnşallah gələn il daha da böyüyəcək. Hərdən onunla söhbət də edirəm. Düşünürəm ki, bu nar ağacının dili olsa, görəsən mənə nələr danışar...”

Ağbirçəyin sözləri məni duyğulandırdı. Deməyə başqa söz də yox idi. Bu sözlər hər şeyi ifadə edirdi. Sanki 24 il qurumayıb, yenidən pöhrələyən nar ağacı vaxtilə məcburi köçkün düşmüş Gülxandan nənəyə bu illərin iztirabını, ağrı-acısını, doğma sakinləri necə həsrətlə gözlədiyini anladırdı...

Kənddən çıxanda dönüb arxaya baxdım. Köks dolusu nəfəs aldım. Artıq bir xeyli uzaqlaşdığım məkanda isə Cocuq Mərcanlı dastanının yeni səhifələri yazılırdı.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

VİDEO

24 ildən sonra yenidən pöhrələyən nar ağacı – Cocuq Mərcanlıdan   REPORTAJ VİDEO

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Bəxtiyar Əliyev: Döyüş əməliyyatlarının iştirakçılarına sosial dəstək dövlət siyasətinin əsas prioritetlərindəndir

AQTİ əməkdaşları Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə görüşüb

BDU-nun rektoru Beynəlxalq Astronavtika Akademiyasının fundamental elmlər üzrə müxbir üzvü seçilib

Şabranda səhiyyə müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub

Bu il kosmosa uçacaq Türkiyə astronavtı: Azərbaycan bu sahədə potensiallı ölkədir - MÜSAHİBƏ

Azərbaycan vəkilləri İngiltərədə “Hüquq İli”nin rəsmi açılışında iştirak ediblər

Azərbaycan güləşçisi: Qələbəmi Vətən uğrunda canından keçən şəhidlərimizə həsr edirəm - MÜSAHİBƏ

Dmitri Peskov: Azərbaycanlı dostlarımızın Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları barədə bəyanatlarını diqqətlə dinləyirik

Bakı Dövlət Universiteti Beynəlxalq Astronavtika Federasiyasına rəsmi üzv seçilib

İstehlakçılar və sahibkarlıq subyektləri sabit telefon xidmətinə qoşulmaq üçün nə etməlidir?

Azərbaycanlı diplomat “France 24” telekanalında Ermənistanı riyakarlığa son qoyaraq sülh masasına oturmağa çağırıb

“Universal Pictures” İlon Mask haqqında filmin çəkilməsinə beynəlxalq hüquqlar əldə edib

Oktyabrın 4-nə olan USD/AZN rəsmi məzənnəsi

Azərbaycan İlahiyyat İnstitutunda Cəbrayıl Şəhəri Gününə həsr olunmuş tədbir

ADPU-da “EduSimbioz” layihəsinin bağlanış mərasimi keçirilib

74-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş poçt markalarının möhürlənmə mərasimi keçirilib

Salim bin Məhəmməd əl-Malik: ICESCO Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

On bir heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb

Fərid Qayıbov Masallı və Yardımlıda vətəndaşlarla görüşüb

Nazir Rəşad Nəbiyevin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Lənkəranda “Məşğulluğa dəstək layihəsi”nə dair ictimai dinləmə keçiriləcək

Bir telekanala və bir radioya Qarabağda yayım üçün lisenziya verilib

Ciorcia Meloni: İtaliya Avropanın enerji təchizatı habına çevrilmək istəyir

Bu günədək 416 hektar meşə fondu ərazisi payız əkin mövsümü üçün hazır vəziyyətə gətirilib

“Xəzri-2023” birgə taktiki təliminin məşqləri icra olunub

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Nazirlik: Valideyn və şagirdlər tərəfindən müəllimlərə hədiyyələrin verilməsi yolverilməzdir

“Sumqayıt”ın hücumçusu Azərbaycan millisi ilə oyuna dəvət alıb

BDU-da “QS Quacquarellı Symonds” Agentliyi ilə Azərbaycanın ali məktəblərinin rəhbərləri arasında görüş

Ən çox yanğın təhlükəsi olan ərazilər Naxçıvan MR-də və Qazax-Gəncə bölgəsində qeydə alınıb

Beynəlxalq Astronavtika Konqresinin plenar iclasında əməkdaşlıq və infrastruktur mübadiləsindən danışılıb

Ulu Öndərin ilk dəfə prezident seçilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Qaradağda evdə yanğın olub, bir nəfər ölüb

Azərbaycan incəsənət ustaları Polşada Musiqi Festivalında iştirak ediblər

Kino Agentliyi film layihələri müsabiqəsinin birinci mərhələsinə yekun vurub

Azərbaycanda dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi Ulu Öndərin adı ilə bağlıdır

Türkiyəli professor Radiasiya Problemləri İnstitutunda sensor texnologiyaları ilə bağlı seminar keçirib

İngiltərə məktəblərində mobil telefonlar qadağan ediləcək

Azərbaycanın daha 13 güləşçisi Bakıdakı yarışda medal qazanıb

BDU və İstanbul Texniki Universiteti arasında ikili diplom proqramlarının yaradılması müzakirə olunub

Yaponiyalı astronavt Bakıdakı tədbirdə kosmosda başına gələn hadisələri danışıb

Şəhid övladları üçün master-klas təşkil edilib

35 nəfər “SABAH” məzunu “2022–2026 Dövlət Proqramı” təqaüdçüsü adını qazanıb

7-ci “DokuBaku” Sənədli Filmlər Festivalı başa çatıb

Abşeronlular “Təmiz ölkəm” aksiyasına qoşulublar

Aygün Əliyeva: İcrası başa çatan 54 layihənin yekun nəticələri təhlil edilir

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alimi Horizon Avropa düşərgəsində iştirak edib

Baş Prokurorluq: İrandakı səfirliyimizə qarşı terror aktı törətmiş şəxs barədə yekun qərar qəbul edilməyib

Türkiyədə 928 nəfər terrorizm şübhəsi ilə saxlanılıb

Ədəbiyyat İnstitutunun Elmi şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə edilib

Cənubi Koreyada helikopter qəzası nəticəsində pilot həlak olub

® “Silk Way West Airlines”ın ilk “Boeing 777F” təyyarəsinin Sietldən Bakıya uçuşu

KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan millisinin sabiq futbolçusu məşqçi kurslarına qatılıb

2018-2022-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Şefik Caferoviçdən

DİM-də kimya fənni üzrə imtahan proqramı müzakirə olunub

Binəqədi və Abşeron rayonlarının, həmçinin Sumqayıtın sərhədləri ilə bağlı məsələ parlamentin plenar iclasa tövsiyə olunub

“l’Opinion”: Macarıstan və Rumıniya Aİ-nin Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı Fransa və Niderlandın səylərini bloklayır

Azərbaycanda Türk Abidə Menecerləri Şəbəkəsi təsis ediləcək

Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat müddəti uzadılıb

Samir Səmədov: Həyatda olduğu kimi, baletdə də ya rəzillər, ya da seçilmişlər sağ qalır MÜSAHİBƏ

Neftçalanın 11 kəndinin içməli su təchizatının yaxşılaşdırılması üçün yeni magistral su kəməri inşa ediləcək

İmişlidə yol tikintisinə 15,8 milyon manat ayrılıb - SƏRƏNCAM

Mir Cəlal yaradıcılığı Almaniyanın ədəbiyyat jurnalında

İmişli rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (71 km)–Məmmədli–Ağamalılar–Əlyetməzli–Allahmədətli–Telişli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.Ş.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qayayadırmanma üzrə açıq festival keçiriləcək

Beynəlxalq Astronavtika Konqresinin plenar iclasında Ayın tədqiqatı barədə danışılıb

UNEC-də təcrübədə olan isveçrəli tələbələrə sertifikatlar təqdim olunub

Şamaxıda vətəndaşların aqrar sahə ilə bağlı müraciətləri dinlənilib

Binəqədi və Abşeron rayonlarından müəyyən torpaq sahələri Sumqayıta birləşdiriləcək

Gəncədə “Dayanıqlı ərzaq təhlükəsizliyində elm və innovasiyaların rolu” mövzusunda beynəlxalq forum keçirilib

Səfir: Qarabağın erməni sakinləri Azərbaycan tərəfindən davamlı olaraq humanitar yardımlar alırlar

Astronavtika Konqresi ölkəmizdə kosmik sənayenin, müasir texnologiyaların inkişafına təkan verəcək

Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanovun Rusiyada elmi məqaləsi çap olunub

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib VİDEO

Tövsiyələrin yerinə yetirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu mövzusunda konfrans keçirilib YENİLƏNİB

Rusiya Aleksey Arestoviç barəsində axtarış elan edib

® “Araz” supermarketlər şəbəkəsinin iki mindən çox əməkdaşı təlimlərə cəlb olunub

“S&P Global Ratings" yenidən Sahibkarlığın İnkişafı Fonduna yüksək reytinq verib

Azərbaycana əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq gətirilən 31 əcnəbi saxlanılıb – Birgə məlumat VİDEO

“Qəbələ” UEFA Gənclər Liqasının oyunları üçün iştirak ərizəsini açıqlayıb

Astronavtlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları ilə görüşüblər

Tovuzda BMW “KamAZ”a çırpılıb

Beynəlxalq Astronavtika Konqresində İRİA-nın stendi maraqla qarşılanıb

UNEC-in gənc əməkdaşı beynəlxalq jurnalın elmi redaksiya heyətinə üzv seçilib

Mərkəzi Bank: Bugünkü hərracda tələb 54,1 milyon dollar təşkil edib

AFFA Hakimlər Komitəsinin sədri Avropa Liqasının oyununa təyinat alıb

Andersson Avropa Çempionatına vəsiqə qazana bilməyəcəyi təqdirdə İsveç futbol yığmasını tərk edəcək

Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı proqnozlaşdırılır

Çağırış Kuboku: “Azərreyl” Ukrayna klubu ilə hər iki oyununu Bakıda keçirəcək

2023-cü il üzrə fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

Dünyada ən ucuz mobil internet İsraildədir

Beyləqanda KOB dostu ofisi fəaliyyətə başlayıb

“İnanırıq ki, tezliklə Qazaxın kəndləri də işğaldan azad ediləcək” - Quşçu Ayrım kəndindən REPORTAJ VİDEO

Ermənistan parlamenti Roma statutunu ratifikasiya etdi

74-cü Beynəlxalq Astronavtika Konqresi sosial mediada trend olub

Yaponiya Kosmik Agentliyi Azərbaycanın “Artemis” layihəsinə qoşulmasına dəstək olmağa hazırdır