CƏMİYYƏT


24 oktyabr Ümumdünya Poliomielitlə Mübarizə Günüdür

Bakı, 24 oktyabr, AZƏRTAC

Ümumdünya Poliomielitlə Mübarizənin Günü beynəlxalq qeyri-hökumət “Rotari” təşkilatının təşəbbüsü ilə təsis olunub və hər il oktyabrın 24-də qeyd edilir. Məqsəd ictimaiyyətin diqqətini poliomielitə və onun nəticələrinə cəlb etmək və həmçinin vaxtında profilaktik tədbirlərin görülməsinə yönəltməkdir.

Oktyabrın 24-nün seçilməsi 1952-1955-ci illərdə poliomielitə qarşı vaksinin müəllifi, Amerika epidemioloqu və virusoloqu Conas Solkun doğum günü ilə əlaqəlidir.

Virusoloq Albert Seybin inaktivləşdirilmiş və canlı poliomielit əleyhinə vaksin hazırlayandan sonra 1988-ci ildə poliomielitə qarşı mübarizədə Qlobal təşəbbüs yarandı. Təşəbbüsün meydana çıxması xəstəliyin demək olar ki, aradan qaldırılması ilə nətiçələndi.

AZƏRTAC xəbər verir ki, 1995-cı ildən sonra ölkəmizdə poliomielit xəstəliyi qeydə alınmır. 2002-ci ildə Azərbaycan poliomielitdən azad region statusunu alıb. Ətraf mühitdə vəhşi poliovirus yoxdur. Oral poliomielit vaksini vəhşi poliovirusun ləğvinə yönəldilmiş bir vaksindir. Dünyada 1999-cu ildən 2-ci tip poliovirus qeydə alınmır. İndi həmin virusa Əfqanıstan və Pakistanda rast gəlmək mümkündür. Həmin ölkələrdə də virus tam ləğv olunduqdan sonra dünyada poliomielitin qlobal ləğvi barədə söhbət gedəcək və yalnız bundan sonra oral poliomielit vaksininin istifadəsinə ehtiyac qalmayacaq. Lakin virusun tam ləğvindən sonra da uşaqların polioviruslardan qorunması üçün inaktivləşdirilmiş poliomielit əleyhinə vaksin tətbiq ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.