CƏMİYYƏT
24 saylı Nizami I seçki dairəsi dairə seçki komissiyasında treninq təşkil olunub
Bakı, 28 yanvar, AZƏRTAC
Milli Məclisə seçkilərlə əlaqədar daha bir maarifləndirici treninq 24 saylı Nizami I seçki dairəsi dairə seçki komissiyasında təşkil edilib.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Niyazi Nəcəfov məntəqə seçki komissiyalarının üzvlərinə seçici siyahılarının təsdiq edilməsi, seçicilərə bildirişlərin vaxtında çatdırılması, protokolların doldurulması, həmçinin seçicilərin hüquq və vəzifələri barədə ətraflı məlumat verib.
Seminarda seçkilərlə bağlı digər proseduralardan da bəhs olunub, müşahidəçilərin və KİV nümayəndələrinin vəzifə və hüquqlarına aydınlıq gətirilib.
Sonda məntəqə seçki komissiyası üzvlərinin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:05]
Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub
- 19.04.2024 [17:53]