QAN YADDAŞI


Yekaterinburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Yekaterinburq, 23 fevral, AZƏRTAC

Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki Baş konsulluğunda Xocalı həftəsi çərçivəsində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş konsulluğun əməkdaşları və yerli diaspor nümayəndələri anım tədbirində iştirak edərək, soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş fotoguşəyə gül dəstələri düzüblər. Bundan sonra tədbirin rəsmi hissəsi şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Baş konsul vəzifələrini yerinə yetirən Şöhrət Mustafayev, “Azərbaycan-Ural” Milli-Mədəni İctimai Təşkilatının sədri Şahin Şıxlinski, Ural Dövlət İqtisad Universitetinin dosenti Müşfiq Ağababayev, Birinci Qarabağ Müharibəsi iştirakçısı Rafiq Məmmədov Xocalı soyqırımı haqqında danışmış və Xocalı soyqırımına beynəlxalq hüquqi qiymətin veriləcəyi, habelə bu cinayəti törədənlərin Srebrenitsa soyqırımını törədənlər kimi Beynəlxalq Ədalət Məhkəməsinə çıxarılacağı günü səbirsizliklə gözlədiklərini qeyd ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Yekaterinburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.